Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 30 nəfərə çatıb

Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 30 nəfərə çatıb Qrip virusuna tutulanların ümumi sayı bu günə olan son nəticəyə görə 39-dur
Sağlamlıq
23 Mart , 2015 15:10
Türkiyədə donuz qripindən ölənlərin sayı 30 nəfərə çatıb

Bakı. 23 mart. REPORT/ Bu günə qədər 30 nəfər vətəndaş donuz qripi səbəbindən həyatını itirib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlu açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günə qədər 30 nəfər vətəndaş donuz qripi virusu səbəbindən həyatını itirib və bu göstərici 6 gün əvvəl nazirlik tərəfindən verilən açıqlamada qeyd olunan rəqəmdən 19 nəfər çoxdur.

Təhlükəli həddə çatan qrip virusuna yoluxma hallarının son iki gündə azaldığını deyən nazir bildirib ki, qrip virusuna tutulanların ümumi sayı bu günə olan son nəticəyə görə 39-dur: "Yoluxanlardan 5 nəfəri influenza B virusu diaqnozu, 4 nəfəri H3n2 virusu, 30 nəfər isə H1n1 virusu səbəbindən dünyasını dəyişib".

Son xəbərlər

Orphus sistemi