Yuxarı
    Bağlamaq

    Bu ay KTM-in Toksikologiya şöbəsinə 12 nəfər ilan sancmış şəxs müraciət edib

    İlan sancmasına görə ölüm halı qeydə alınmayıb

    Bakı. 23 iyul. REPORT.AZ/ "İyulun 1-dən bu günə qədər 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ən çox ilan sancmaları ilə bağlı müraciət daxil olub". Bu barədə "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

    O bildirib ki, bu müddət ərzində şöbəyə 12 nəfər ilan sancmış şəxs müraciət edib. Şöbə müdirinin sözlərinə görə, onlardan 10-u müalicə olunduqdan sonra evə buraxılıb: "Hazırda iki nəfərin müalicəsi davam edir. Müalicəsi davam edənlərdən biri 13 yaşında, digəri isə 35 yaşında kişidir. İlan sancmasına görə ölüm halı qeydə alınmayıb".

    A.Maqsudov, həmçinin qeyd edib ki, iyunun 1-dən indiyədək 3 nəfər qara qurd dişləməsi, 4 nəfər isə əqrəb sancması ilə əlaqədar şöbəyə qəbul edilib: "Eyni zamanda, allergik reaksiya ilə bağlı klinikaya 13 nəfər müraciət edib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi