“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilir

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilir Dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub
Sağlamlıq
3 Mart , 2016 15:03
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilir

Bakı. 3 mart. REPORT.AZ/ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə edilib. “Report”un xəbərinə görə, dəyişiklik layihəsi barədə komitə sədri Əhliman Əmiraslanov məlumat verib. 

Onun sözlərinə görə, layihəyə əsasən, qanunun 6-cı maddəsinin 9-cu bəndi qüvvədən düşəcək: “Belə ki, könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və ya vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək bəndi artıq ləğv edilir. Əvvəllər bu, yazılı şəkildə həyata keçirilirdi. Lakin müasir dövrdə texnologiya inkişaf etdiyindən bütün işlər elektron qaydada görülür. Bu səbəbdən də məlumatın yazılı şəkildə verilməsinə ehtiyac qalmır”.

Komitənin iclasında həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olan şəxslərə dövlət qayğısı haqqında” qanunlarına edilən texniki dəyişiklik məsələlərinə də baxılıb.

Dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi