Tibb Universitetində fövqəladə toplantı keçirilib

Tibb Universitetində fövqəladə toplantı keçirilib Universitet heyəti əsgərlərə həmrəyliyini bildirib
Sağlamlıq
5 Aprel , 2016 08:45
Tibb Universitetində fövqəladə toplantı keçirilib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Tibb Universitetində (ATU) fövqəladə toplantı keçirilib. ATU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantı son vaxtlar cəbhə xəttində baş verən hadisələr, erməni təxribatı və bu təxribatın qarşısını alan əsgər və zabitlərimizin qələbəsinə və ordumuza ediləcək dəstəyə həsr olunub.

Tədbiri giriş sözü ilə açan rektor əvəzi Sabir Əliyev son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatın qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz salaraq bildirib ki, ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib, eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər azad edilib. Ermənilərin atəşkəs rejimini pozaraq sərhədyanı bölgələrdə dinc əhalinin gülləbaran edilməsi nəticəsində dünyasını dəyişənlərin və yaralıların olduğunu vurğulayıb.

"Biz universitet olaraq cəbhədə yaralanan əsgərlərimizə yardım üçün qanvermə aksiyası keçirəcəyik. Gənclərimizdə əhval-ruhiyyə yüksəkdir və onlar orduya getmək, döyüşlərdə iştirak etmək üçün universitet rəhbərliyinə müraciət edirlər", - S. Əliyev qeyd edib.  

Universitetin elmi işlər üzrə prorektoru İbrahim İsayev çıxışında əsgərlərimizin layiqincə öz vəzifələrinin öhdəsindən gəldiyini və bu işdə dəqiq informasiyanın və əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimizin əvəzedilməz rolu olduğunu vurğulayıb.

Daha sonra tələbələr çıxış edib.

Son xəbərlər

Orphus sistemi