Yuxarı

Azərbaycanda tibb işçilərinin hüquqları məhdudlaşdırılır

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslərin onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirməsi qanunla qadağan edilir. “Report” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilməsi təklif olunan dəyişiklərdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.

Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi