Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib

Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib Tərtər. 7 mart. REPORT.AZ/ Tərtər rayonunda məskunlaşan məcburi köçkünlər tibbi müayinədən keçirilib.
Sağlamlıq
7 Mart , 2019 14:16
Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib

Tərtər. 7 mart. REPORT.AZ/ Tərtər rayonunda məskunlaşan məcburi köçkünlər tibbi müayinədən keçirilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu gün Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Tibbi aksiyanın keçirilməsində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır.

Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqdası Tərtərə ezam olunub. Yüksək ixtisaslı həkimlər burada lazımi avadanlıqlarla tam təchiz olunmuş Mərkəzi Xəstəxanada məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 400-dən çox məcburi köçkün cəlb edilib.

Onlara həmçinin sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb ediləcəklər.

Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlərin müayinəsi ilə əlaqədar tibbi aksiyalar indiyədək Bakının Qaradağ rayonundakı “Qobu Park”da, Müşfiqabadakı yaşayış kompleksində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində və Naftalan şəhərində təşkil edilib. Belə aksiyaların digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi