“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Sağlamlıq
1 İyun , 2019 12:51
“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbərinə görə, AQTA sədri Qoşqar Təhməzli deyib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək olub.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, həm paytaxt, həm də digər regionlardan müsabiqəyə rəsm əsərləri təqdim olunub.

Müsabiqəyə 2000-dən çox əl işi təqdim edilib.

Rəsm əsərlərində məktəblilər sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırıblar.

Qaliblər "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan edilib, müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi