Baş həkim: "Təcili yardıma günvurma ilə bağlı müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır"

Baş həkim: "Təcili yardıma günvurma ilə bağlı müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır" "Günvurma ilə bağlı 10 müraciət daxil olub"
Sağlamlıq
24 İyun , 2015 13:49
Baş həkim: Təcili yardıma günvurma ilə bağlı müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır

Bakı. 24 iyun. REPORT.AZ/ "Mayın 1-dən bu günə kimi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTYSY) günvurma ilə bağlı 10 müraciət daxil olub. Yay fəslinin qızmar günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq, bu rəqəmin artacağı istisna edilmir". Bu barədə "Report"a Stansiyanın baş həkimi Rauf Nağıyev bildirib.

Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətini orta yaşlı insanlar təşkil edib.

Baş həkim isti yay günlərində insanların əməl etməli olduqları bir neçə məqama toxunub: "İsti günlərdə insanlar ən çox kölgəli yerlərdə olmağa, sərin su içməyə üstünlük verməlidir. Lakin unutmaq lazım deyil ki, hər şey qədərində olmalıdır".

R.Nağıyev onu da qeyd edib ki, isti havalarda ən çox azyaşlılar və qocalar əziyyət çəkir: "Ona görə də çalışmaq lazımdır ki, ifrat dərəcədə müşahidə olunan istidən kənar duraq. Çimərlik mövsümünü də nəzərə alaraq tövsiyə edərdim ki, insanlar səhər saat 11-dən axşam 5-ə kimi dənizə getməsinlər. Çünki həmin müddət ərzində günəş şüaları altında az durmaq lazımdır".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, iyunun 24-dən 26-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsizdir. Həmçinin iyul-avqust aylarında ölkədə müşahidə olunan isti hava şəraiti iqlim normasından 1-2 dərəcə yüksək olacaq. 

Son xəbərlər

Orphus sistemi