Agentlik: Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur

Agentlik: Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur Baza zərfində göstərilən xidmətlərin ödənişini Agentlik pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar üçün tibb müəssisələrinə edəcək
Sağlamlıq
16 Fevral , 2017 12:56
Agentlik: Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri bütün vətəndaşlar üçün pulsuzdur

Bakı. 16 fevral. REPORT.AZ/ Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən icbari tibbi sığortanın tədbiq olunduğu pilot ərazilərdə, Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar pulsuz istifadə edə bilərlər.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, icbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə edə bilərlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir.

Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir.

Qeyd edək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib.

Pilot ərazilərdəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdə bir sıra addımlar atmaqdadır. Pilot ərazilərin ən müasir və tibbi avadanlıqla tam təchiz edilmiş 6 ambulans avtomobili ilə təminatı və bir sıra müasir, yüksək texnoloji avadanlıqlarla təmin edilməsi buna misal ola bilər.

Son xəbərlər

Orphus sistemi