Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı açıqlanıb

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı açıqlanıb Çağırışlardan 509-u yol-nəqliyyat hadisələri ilə bağlı olub
Sağlamlıq
18 Avqust , 2017 10:55
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı açıqlanıb
Report

Bakı. 18 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “113” dispetçer mərkəzinə bu ilin yanvar-iyul ayları ərzində ümumilikdə 609 cağırış daxil olub.

Səhiyyə Nazirliyindən "Report"a verilən mlumata görə, bu cağırışlar 1045 pasienti əhatə edib, onlardan 782 nəfər hospitalizasiya olunub.

Çağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif travmalar ilə əlaqədar olub.

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Konsultativ Bölməsi üzrə yanvar-iyul ayları ərzində ümumilikdə 871 çağırış həyata keçirilib.

Qeyd edilən müddət ərzində telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkim tərəfindən 161 pasientə 216 məsləhət verib. Təhlil olunan müddət ərzində telesəhiyyə vəsitəsilə məsləhət verilən 161 pasientdən 59 xəstəyə Bakı şəhərinin xəastəxanalarına köçürülməsinə qərar verilib.

Bu ilin 8 ayında 595 pasientə konsultativ xidmət göstərilib. Bu il ərzində 595 pasientdən konsultativ bölmənin mütəxəssislərin məsləhəti və müşahidəsi ilə 266 pasient daha yüksək səviyyəli tibb müəssisəsinə köçürülüb. Köçürülən pasientlərdən 235-i Bakı şəhərinin tibb müəssisələrinə yerləşdirilib.

Hesabat dövrü ərzində SN TTTYS mütəxəssislərin iştirakı ilə yerlərdə 18 cərrahi əməliyyat aparılıb. Əməliyyatların əksəriyyəti hamiləlik patologiyası, travmalar, kəskin daxili qanaxmalar və s. olub.

Təhlil olunan müddət ərzində Səhiyyə Nazirliyinin göstərişi ilə konsultativ bölmənin nəqliyyat vasitələri ilə perinatal xidmət, hematologiya, cərrahiyyə və digər sahələr üzrə xüsusiləşdirilmiş briqadalar 98 dəfə ezam edilib.

Son xəbərlər

Orphus sistemi