TƏBİB sədri: "İnsanlar diqqətli olmalıdır"

TƏBİB sədri: "İnsanlar diqqətli olmalıdır" Bu gün ölkədə çarpayı fondu yetərlidir.
Sağlamlıq
3 İyun , 2020 19:18
TƏBİB sədri: İnsanlar diqqətli olmalıdır

"Bu gün ölkədə çarpayı fondu yetərlidir".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, koronavirus problemi hələ də aktualdır:

"Ona görə də insanlar diqqətli olmalıdır. Bəzən insanlar qoyulan şərtlərə biganə yanaşırlar. Təəssüf ki, bu gün 325 nəfər yoluxma qeydə alınıb. Bu sayların təqdim olunmasına baxmayaraq, qaydalar pozulur və bəzən bu, kütləvi olur".

Son xəbərlər

Orphus sistemi