Yuxarı

TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur

TƏBİB: Açıq havada belə toy keçirməyə icazə yoxdur

939

“Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”.

“Report” xəbər verir ki, bu fikirləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, əgər nəsə yeni qərar olsa, ictimaiyyətə açıqlanacaq.

R.Bayramlı əlavə edib ki, yoluxma halları intensiv olarsa, qırmızı zona yaradıla bilər: “Bu gün üçün ölkədə belə zona yoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi