TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb

TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.
Sağlamlıq
14 Yanvar , 2020 15:44
TƏBİB 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 10 yaşlı oğlanın ölümü ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, yanvarın 11-i saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

"Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Yanvarın 12-si saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib".

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi