Taun Əleyhinə Stansiya: Azərbaycanda xüsusi təhlükəli qrip qeydə alınmayıb

Taun Əleyhinə Stansiya: Azərbaycanda xüsusi təhlükəli qrip qeydə alınmayıb Laboratoriya müdiri: “Aşkar olunanlar epidemik yox, mövsümi xarakterli xəstəliklərdir”
Sağlamlıq
6 Yanvar , 2017 11:11
Taun Əleyhinə Stansiya: Azərbaycanda xüsusi təhlükəli qrip qeydə alınmayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ “Azərbaycanda qrip müayinələrinin mövsümünün başladığı gündən, yəni oktyabrın 1-dən indiyə qədər Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasına ölkənin müxtəlif şəhər və rayonlarından təxminən 260 şübhəli yaxma nümunəsi daxil olub”. 

Bunu “Report”a açıqlamasında stansiyanın laboratoriya müdiri Musa Cahanov bildirib. 

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib: “Sadəcə qripə bənzər respirator xəstəliklərin növü olan 6 paraqrip və 5 adena virusları aşkar olunub. Bəzi hallarda isə mövsümi qripin törədicisi də müəyyən olunub. Lakin bu, epidemik yox, mövsümi xarakterli xəstəliklərdir. Bunlar qrip sayılmır, sadəcə simptomlar oxşar olur. Yəni, yüksək hərarət, boğaz ağrısı, öskürək, ürək bulanma, halsızlıq, nadir hallarda qusma da olur”.

M.Cahanov qeyd edib ki, 17 yaşına qədər insanlardan götürülən yaxma nümunələri 20 % təşkil edib: “Ümumilikdə isə stansiyaya daxil olan yaxma nümunələri daha çox Bakı və Sumqayıt şəhərindən daxil olub. Xəstələrin adətən həkimə müraciət etməməsi nəticəsində qripin ağırlaşmaları baş verir ki, bu da müxtəlif fəsadlara səbəb olur. Xəstə aşkar olunan kimi dərhal həkimə müraciət edərək onun təyin etdiyi dərmanlarla müalicə olunsun”. 

Son xəbərlər

Orphus sistemi