Tarif Şurası daha 827 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif Şurası daha 827 dərman vasitəsinin qiymətini təsdiqləyib Ümumilikdə, indiyədək Şura tərəfindən 3 010 dərman vasitəsinin qiyməti tənzimlənib
Sağlamlıq
28 Oktyabr , 2015 18:54
Tarif Şurası daha 827 dərman vasitəsinin qiymətini təsdiqləyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan "Report"a verilən məlumata görə, iclasda daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə, indiyədək Şura tərəfindən 3 010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1 151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1 110 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək.

Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 96 faizinin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın Qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.

Qeyd edək ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq davam etdirilir.

Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

Son xəbərlər

Orphus sistemi