Talassemiya xəstəliyinin daha çox yayıldığı bölgələrin adları açıqlanıb

Talassemiya xəstəliyinin daha çox yayıldığı bölgələrin adları açıqlanıb Ceyhun Məmmədov: "Qohum nikahların sayının çox olması xəstələrin sayına təsir edir"
Sağlamlıq
15 Dekabr , 2016 10:51
Talassemiya xəstəliyinin daha çox yayıldığı bölgələrin adları açıqlanıb

Bakı 15 dekabr. REPORT.AZ/ "Talassemiya xəstəliyi cənub bölgəsində, Şəki-Qəbələ zonasında özünü daha çox göstərir".

Bunu "Report"a açıqlamasında Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, xəstəliyin qeyd olunan bölgələrdə yayılmasını qohum nikahların çox olması ilə əlaqələndirmək mümkündür: "Azərbaycanın hər bir bölgəsində bu xəstəliyə rast gəlmək mümkündür. Talassemiya irsi xəstəlikdir. Bu, sonradan qazanılan və ya hər hansı virus infeksiyası ilə bağlı deyil. Cənub bölgəsində, Şəki və Qəbələ zonasında daha geniş yayılması isə yəqin ki, qohum nikahların sayının çox olması ilə əlaqədardır".

Mərkəzin direktoru bildirib ki, hazırda gənclərin nikahdan öncə müayinədən keçməsinin qan xəstəliklərinin azalmasına təsirini yalnız 7-10 ildən sonra müşahidə etmək mümkün olacaq: "2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi nəticəsində hər ikisi talassemiya daşıyıcısı olan 32-i cütlükdən ancaq ikisi evlənməkdən imtina edib. Daşıyıcı olan ailələrə isə hamilə vaxtı perinatal diaqnostikadan keçmələrini tövsiyə edirik. Bununla ana bətnində olan dölün xəstə və sağlam olması müəyyən edilir. Uşaq xəstə olarsa, yenə də son qərarı valideynlər verir".

Son xəbərlər

Orphus sistemi