Tacikistan Ədliyyə Nazirliyinin nümayəndələri Bakıda səfərdə olublar

Tacikistan Ədliyyə Nazirliyinin nümayəndələri Bakıda səfərdə olublar Nümayəndə heyəti Azərbaycanın vərəmlə mübarizə metodları ilə tanış olub
Sağlamlıq
20 Sentyabr , 2016 20:01
Tacikistan Ədliyyə Nazirliyinin nümayəndələri Bakıda səfərdə olublar

Bakı. 20 sentyabr. REPORT.AZ/ Tacikistanın Ədliyyə Nazirliyi Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın vərəmlə mübarizədə müsbət təcrübəsi ilə tanış olmaq barədə niyyətini bildirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu məqsədlə Tacikistan Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəhbər işçiləri və həkimləri, habelə Səhiyyə Nazirliyinin, "Karitas Lüksemburq" və digər təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.

Səfər çərçivəsində Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətində və Tibb baş idarəsində rəsmi görüşlər keçirilib, həmçinin qonaqlar üçün vərəmlə mübarizəyə dair 10 prezentasiya təqdim olunub.

Eyni zamanda, penitensiar müəssisələrdə vərəmə nəzarət proqramı ilə yaxından tanışlıq imkanı yaradılıb, o cümlədən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində, Bakı istintaq təcridxanasında və 1 saylı cəzaçəkmə müəssisəsində vərəmin aşkarlanması, laborator diaqnostikası və müalicəsi üzrə bir sıra tədbirlər nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi