Sosial şəbəkələrdə toyuq ətinin şişirdilməsi videosu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

Sosial şəbəkələrdə toyuq ətinin şişirdilməsi videosu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub "Bunun yerli müəssisələrlə heç bir əlaqəsi yoxdur"
Sağlamlıq
18 Fevral , 2015 13:58
Sosial şəbəkələrdə toyuq ətinin şişirdilməsi videosu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

Bakı. 18 fevral. REPORT.AZ/ "Sosial şəbəkələrdə videosu yayılan toyuq ətinin şişirdilməsinin yerli müəssisələrlə heç bir əlaqəsi yoxdur. Bütün bu məlumatlar yalnız təxribat xarakterlidir. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmişik. Yaxın zamanlarda bu videonun kimlər tərəfindən nə məqsədlə yaydığı məlum olacaq". "Report" xəbər verir ki, bunu Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycandakı quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz olunub: "Ona görə də orada sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir". 

A.Vəliyev bildirib ki, Azərbaycanda 47 yerli toyuq istehsal edən müəssisə var: “Həmin müəssisələrə də Standartlaşdırma Metrologiya, Patent üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti nəzarət edir. Baytar həkim briqadası bu işlərə nəzarəti diqqətdə saxlayır. Odur ki, burada standart uyğunsuzluğundan söhbət gedə bilməz".

O, həmçinin qeyd edib ki, quş əti istehsalı keçən il 99,4 min ton olub: "Bu da 2010-cu ilə nisbətən 1,5 dəfə artım deməkdir. Eyni zamanda sənaye üsulu ilə 3 dəfə artaraq 64,1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1,6 mlrd. ədəd təşkil edir".

Son xəbərlər

Orphus sistemi