Yuxarı

Son 4 ayda günvurma diaqnozu ilə həkimə müraciət edənlərin sayı açıqlanıb

Günvurma şikayəti ilə müraciət edən şəxslərdən 25 nəfəri xəstəxanaya yerləşdirilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin son 4 ayında (may, iyun, iyul, avqust) Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı məlum olub. Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev "Report"a deyib ki, bu müddət ərzində 63 nəfər məhz bu diaqnozla həkimə müraciət edib.

Onun sözlərinə görə, günvurma şikayəti ilə müraciət edən şəxslərdən 25 nəfərinə orta dərəcəli günvurma diaqnozu qoyulub və xəstəxanaya yerləşdirilib: "Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilib".

Xatırladaq ki, günvurma halları əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi