Son 3 ildə Azərbaycanda 900-ə yaxın insana dağınıq skleroz diaqnozu qoyulub

Son 3 ildə Azərbaycanda 900-ə yaxın insana dağınıq skleroz diaqnozu qoyulub Xəstəlik əsasən, 15 yaşdan 40 yaşa qədər müddətdə özünü göstərə bilər
Sağlamlıq
16 Mart , 2016 11:58
Son 3 ildə Azərbaycanda 900-ə yaxın insana dağınıq skleroz diaqnozu qoyulub

Bakı. 16 mart. REPORT.AZ/ "2013-2015-ci illər ərzində "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair dövlət proqramı" çərçivəsində 1000-dən çox xəstə müayinə olunub. Onlardan 845 nəfərə dağınıq skleroz diaqnozu qoyulub". "Report"un məlumatına görə, bunu Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının assisenti Rahim Əliyev həmin xəstəliklə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb, 60-dan çox xəstədə diaqnoz tamamilə inkar edilib: "Bizdə olan xəstələrin yaşı daha çox 20-35 yaş arasında dəyişir".

Xəstəlik haqqında məlumat verən mütəxəssis qeyd edib ki, dağınıq skleroza nevroloji xamilion da deyilir: "Simptomları həddindən artıq rəngarəngdir. Sinir sisteminin bütün şöbələrinin zədələnmə simptomları ilə başlana bilər. Ona görə də ilk zamanlar bu xəstəliyin diaqnozunun qoyulması çox çətin olur. Xəstə bir müddət müşahidə altında olandan sonra diaqnoz tam təsdiqlənə bilər. Risk amillərinə gəldikdə isə burada hansısa konkret etoloji səbəb göstərilmir. İrsiyyət , ekoloji faktorlar, eləcə də qidanın təsiri də burada rol oynayır. İnsanın özünün immun sistemində yaranan problemlər bu xəstəliyin yaranmasına zəmin yarada bilər".

O, həmçinin əlavə edib ki, hazırda bu xəstəlik üzrə axın çoxdur: "Çünki kim bu xəstəlikdə şübhələnirsə, proqramın icrası müddətində müraciət edir. Beləliklə, müraciət edənlərin sayı artıb. Xəstəlik əsasən, 15 yaşdan 40 yaşa qədər müddətdə ilk həmlələrlə özünü göstərə bilər. Müalicə nə qədər tez başlasa, əlilliyin müddətini o qədər uzatmaq və qarşısını almaq olar".

Dağınıq skleroz xəstəliyinin daha çox qadınlar arasında özünü büruzə verdiyini xatırladan R.Əliyev qeyd edib ki, bunun əsas səbəbinin qadınların hormonal vəziyyətinin bir qədər fərqli olmasıdır: "Ancaq tam səbəbi söyləmək çox çətin məsələdir".

Son xəbərlər

Orphus sistemi