Yuxarı

SOCAR-ın vitse-prezidentləri xəsarət alan neftçilərə baş çəkiblər - FOTO

Bədəl Bədəlov, Elşad Nəsirov, Xaliq Məmmədov və Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıblar

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.

"Report" xəbər verir ki, vitse-prezidentlər Bədəl Bədəlov, Elşad Nəsirov, Xaliq Məmmədov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıblar.

Qəzada xəsarət almış səkkiz nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi