​SOCAR-da qanvermə kampaniyasına start verilib

​SOCAR-da qanvermə kampaniyasına start verilib Şirkətin 70-dən çox əməkdaşı kampaniyada iştirak edib
Sağlamlıq
17 Noyabr , 2015 15:57
​SOCAR-da qanvermə kampaniyasına start verilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələri Heydər Əliyev Fondunun talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub.

Bu il üçün hazırlanmış qrafikə uyğun olaraq SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu işə ilk olaraq bu gün SOCAR-ın baş ofisində start verilib. SOCAR-ın baş ofisi və Sərmayələr İdarəsinin 70-dən çox əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə iştirak ediblər. Aksiya ümumilikdə 2016-cı il mayın 15-dək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək.

Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR-ın çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edir. 

Son xəbərlər

Orphus sistemi