Şöbə müdiri: "Keçən il Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 606 nəfər ölüb"

Şöbə müdiri: "Keçən il Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 606 nəfər ölüb" "Keçən il respublikada 93 böyrək köçürülmə əməliyyatı icra edilib"
Sağlamlıq
10 Mart , 2016 16:48
Şöbə müdiri: Keçən il Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 606 nəfər ölüb

Bakı. 10 mart. REPORT.AZ/ "Keçən il böyrək çatışmazlığından əziyyət çəkən 606 nəfərdə letal sonluq (ölüm) qeydə alınıb. Bu da ümumi statistik göstəricilərə uyğundur".

"Report"un məlumatına görə, bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasında böyrək günü ilə əlaqədar keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçən il Azərbaycanda 2 842 hemodializli xəstə qeydiyyata alınıb ki, onlardan 1 138-i Bakıda, 1 704-ü regionlarda qeydiyyatdadır: "Ölkədə dializ mərkəzlərinin sayı 34-dür, onlardan 8-i Bakıda, 26-sı isə regionlardadır".

O bildirib ki, keçən il respublikada 93 böyrək köçürülmə əməliyyatı icra edilib: "Əməliyyatların 81-i məhz Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilib. Hazırda 611 böyrək köçürülən xəstə qeydiyyatdadır və müalicələri davam edir. Eyni zamanda, ötən il 978 yeni xəstə qeydiyyata alınıb. 764 xəstə dializdən xaric olunub".

Şöbə müdiri onu da qeyd edib ki, bəzi uroloji mərkəzlərdə xəstələrin qeydiyyata alınmasında müəyyən çatışmazlıqlar var və bu da xəstələrin sayının düzgün hesablanmasına mane olur. 

Son xəbərlər

Orphus sistemi