Şöbə müdiri: "İcbari tibbi sığorta haqları Azərbaycanın sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq"

Şöbə müdiri: "İcbari tibbi sığorta haqları Azərbaycanın sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq" "İcbari tibbi sığorta Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək"
Sağlamlıq
19 May , 2016 14:06
Şöbə müdiri: İcbari tibbi sığorta haqları Azərbaycanın sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq

Bakı. 19 may.REPORT.AZ/ "İcbari tibbi sığorta haqları Azərbaycanın sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq". "Report"un xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov jurnalistlər üçün keçirilən təlimdə deyib.

O qeyd edib ki, icbari tibbi sığorta Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək.

Şöbə müdirinin sözlərinə görə, xidmət paketinin müddəti hər il yenilənmək şərti ilə 1 il müəyyən olunub: “Keyfiyyətə nəzarət isə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək”.

V.Qurbanov bildirib ki, risk qrupuna daxil olan xəstəliklər - ürək-damar xəstəlikləri, habelə stasionar müalicə üçün dərmanların xidmət paketinə daxil edilməsi haqda rəy formalaşıb: “Ambulator müalicənin dərman təminatının xidmət paketinə daxil edilməsi haqda müzakirələr aparılır”.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev isə qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb.

Agentliyin hüquq şöbəsinin müdiri Aysel İbayeva deyib ki, agentliyin gələcəkdə tibb müəssisələrinin akkreditasiya məsələsində iştirak etmək hüququ olacaq: "Ona görə də gələcəkdə tibb müəssisələri ilə bağlı nazirliyin fəaliyyəti və bizim fəaliyyətin kəsişdiyi nöqtələr üzrə tələblər qoya bilərik. Kimsə elə bilməsin ki, biz bununla Səhiyyə Nazirliyinin işinə qarışacağıq. Sadəcə, bu prosesdə iştirak edib bizə aid məsələləri həll edəcəyik".

Son xəbərlər

Orphus sistemi