Şöbə müdiri: "Azərbaycanda 14 yaş və aşağı yaşda olanlar arasında siqaret çəkənlərin sayı artıb"

Şöbə müdiri: "Azərbaycanda 14 yaş və aşağı yaşda olanlar arasında siqaret çəkənlərin sayı artıb" "Bu da özlüyündə müəyyən qeyri-infeksion xəstəliklərin sayının artmasına səbəb olur"
Sağlamlıq
31 May , 2017 10:48
Şöbə müdiri: Azərbaycanda 14 yaş və aşağı yaşda olanlar arasında siqaret çəkənlərin sayı artıb
Report.az

Bakı. 31 may. REPORT.AZ/ "Bu gün Azərbaycanda siqaret çəkənlərin gəncləşməsi prosesi gedir".

"Report" xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə "Tütün-inkişaf üçün təhlükə!" mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, əvvəllər ölkədə 16-17 yaşarası siqaret çəkən gənclər vardısa, bu gün həmin göstərici 14 yaş və aşağı yaşda olanları əhatə edir: "Bu da özlüyündə müəyyən qeyri-infeksion xəstəliklərin sayının artmasına səbəb olur. Çünki tütün ağciyərdə xərçəng xəstəliyinin əsas səbəbkarı hesab edilir".

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev isə qeyd edib ki, tütün epidemiyası dünyada aktual olan problemlərdən biridir: "Dünyada ölümlərin 60-70 faizini məhz qeyri-infeksion xəstəliklər təşkil edir". 

Son xəbərlər

Orphus sistemi