Yuxarı

Şirvandakı Telemexanika Zavodunda baş verən qəza ilə bağlı 19 nəfər xəstəxanaya yerləşdirilib

Onların arasında ağır olan xəstə yoxdur

Bakı. 6 iyul. REPORT.AZ/ "Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika Zavodunda baş verən qəza ilə bağlı 19 nəfər təcili tibbi yardım maşınları ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir". Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində ölənlərin olması ilə bağlı hələlik dəqiq məlumat yoxdur: "Əgər ölüm faktı qeydə alınsa, o zaman bu barədə ətraflı məlumat veriləcək".

S. Əhmədova onu da qeyd edib ki, hazırda Şirvan şəhər xəstəxanasında yaralılara bütün tibbi yardımlar göstərilir: "Onlara ilkin olaraq yüngül zəhərlənmə və yanıq diaqnozu qoyulub. İlkin məlumata görə onların arasında lap ağır olan xəstə yoxdur".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi