Yuxarı

Şirvana ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub

Xəsarət alanlara tibb yardımın göstərilməsi Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb

Şirvan. 26 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub.

Bu barədə “Report”un bölgə müxbirinə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Səhiyyə Nazirliyindən isə “Report”a bildirilib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Qeyd edək ki, son məlumata görə, yaralıların sayı 20-yə çatıb, onlardan birinin vəziyyəti ağırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi