Siqaret şəkərli diabet xəstələrində daha ciddi fəsadlar yaradır

Siqaret şəkərli diabet xəstələrində daha ciddi fəsadlar yaradır Siqarət belə xəstələrdə infarkt riskini artırır
Sağlamlıq
4 Mart , 2017 18:00
Siqaret şəkərli diabet xəstələrində daha ciddi fəsadlar yaradır

Bakı. 4 mart. REPORT.AZ/ "Siqaret şəkərli diabet xəstələrinə daha çox təsir göstərir".

"Report"un məlumatına görə, bunu türkiyəli professor Akif Büyükbeşe bildirib.

Onun sözlərinə görə, diabet xəstəsinin gün ərzində istifadə etdiyi bir paket siqaret onun orqanizminə iki qutu siqaretin vurduğu qədər ziyan vurur: "Şəkərli diabet xəstəliyinin ən böyük fəsadlarından biri damar sərtliyidir. Siqarət isə bu problemi daha da sürətləndirərək infarkt riskini artırır. Sağalmayan və ya daha gec sağalan yaralar ortaya çıxarır. Siqaret diabet dərmanlarına cavab vermək istəyən orqanizmin işini çətinləşdirir və müalicənin təsirini azaldır".  

Son xəbərlər

Orphus sistemi