Simptomları başlamazdan əvvəl xərçəng xəstəliyini aşkarlayan qan analizi hazırlanıb

Simptomları başlamazdan əvvəl xərçəng xəstəliyini aşkarlayan qan analizi hazırlanıb Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-dan olan onkoloqlar komandası xərçəng xəstəliyini hələ onun simptomları görünməmişdən aşkarlayan qan analizi hazırlayıblar.
Sağlamlıq
19 Yanvar , 2018 13:35
Simptomları başlamazdan əvvəl xərçəng xəstəliyini aşkarlayan qan analizi hazırlanıb
Elizabeth Cook, Kaitlin Lindsay

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-dan olan onkoloqlar komandası xərçəng xəstəliyini hələ onun simptomları görünməmişdən aşkarlayan qan analizi hazırlayıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yeni metodika barədə tədqiqatçılar "Science" jurnalında məlumat veriblər.

"CancerSEEK" adlanan yeni test 500 dollar dəyərindədir və qanda səkkiz növ xərçəngin - ağciyər, döş, bağırsaq, mədəaltı vəzi, yumurtalıq, qida borusu, qaraciyər və mədə xərçənginin ölü hüceyrələrinin və biomarkerlərinin mutasiyaya məruz qalmış DNT-lərinin axtarışına əsaslanır.

Tədqiqatçılar bu üsulu müxtəlif mərhələlərdə xərçəng xəstəliyindən əziyyət çəkən mindən çox xəstə üzərində sınaqdan keçirib. Qan analizi onların 70%-də xəstəlik aşkar edib. 800 sağlam könüllüdən ibarət sınaq qrupunun yoxlanması göstərib ki, test sağlam insanlarda xərçəng xəstəliyini yalnız 1% halda səhv aşkar edib.

Amma test konkret hansı orqanın xəstəliyə yoluxduğunu müəyyənləşdirə bilmir, odur ki, müsbət nəticə təqdirində daha dəqiq diaqnostika tələb olunur.

Son xəbərlər

Orphus sistemi