Seyid Salehi: "Azərbaycana bitki dərmanlar üçün xammal göndərə bilərik"

Seyid Salehi: "Azərbaycana bitki dərmanlar üçün xammal göndərə bilərik" İranın Qızıl Aypara cəmiyyəti Azərbaycanda bitki ekstraktlar və yağlar zavodu açmaq niyyətindədir
Sağlamlıq
12 Aprel , 2015 10:31
Seyid Salehi: Azərbaycana bitki dərmanlar üçün xammal göndərə bilərik

Ramsər. 12 aprel. REPORT. AZ/ İranın Qızıl Aypara cəmiyyəti Azərbaycanda bitki ekstraktlar və yağlar zavodu açmaq niyyətindədir.

Report"un məlumatına görə, Bunu İranda səfərdə olan bir qrup jurnalistlərə açıqlamasında Soha Jissa dərman bitki şirkətinin rəhbəri Seyid Salehi deyib.

Onun sözlərinə görə, ilk növbədə şirkət Azərbaycanda nümayəndəliyini açmağa planlaşdırır.

Zavodun fəaliyyəti barədə məlumat verən S. Salehi deyib ki, müəssisədə 3 növ bitki tərkibli dərman istehsal edilir: "Bu dərmanlar əsasən ekstrakt, krem və çay formasında olur. Zavod əsasən, digər müəssisələr üçün ilkin xammal düzəldir. Biz sifarişdən asılı olaraq bu xammalı hazırlayıb satırıq. Gələcəkdə, istehsal etdiyimiz məhsulları xaricə ixrac etməyəndə istəyirik. Eyni zamanda da Azərbaycandakı dərman zavodlarına lazımı xammal ilə təmin edə bilərik".

Son xəbərlər

Orphus sistemi