Nazirlik rəsmisi: "Sertifikasiya imtahanlarında daha çox təqaüd yaşına çatmış həkimlər iştirak edir"

Nazirlik rəsmisi: "Sertifikasiya imtahanlarında daha çox təqaüd yaşına çatmış həkimlər iştirak edir" "Gənclər test, yaşlılar isə klinik tapşırıqları yaxşı cavablandıra bilirlər"
Sağlamlıq
30 Sentyabr , 2016 17:07
Nazirlik rəsmisi: Sertifikasiya imtahanlarında daha çox təqaüd yaşına çatmış həkimlər iştirak edir

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Azərbaycanda təqaüd yaşına çatan həkimlər çox olduğundan sertifikasiya imtahanlarında iştirak edənlərin əksəriyyəti də məhz bu yaşda olanlardır". 

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi yanında Sertifikasiya Komissiyasının rəhbər müavini Müşgünaz Şahmuradova deyib.

O bildirib ki, xaricdə təhsil alıb Azərbaycanda işləmək istəyən həkimlər əvvəl Təhsil Nazirliyində nostrifikasiyadan keçirlər: "Ardınca təkmilləşdirmə kursuna, daha sonra sertifikasiya imtahanlarına cəlb olunurlar. Onların arasında sertifikasiyadan keçməyənlər də olur. Lakin belə həkimlərin sayı çox azdır. Sertifikasiyadan keçən 22 mindən çox həkimin təxminən 56-60 nəfəri nostrifikasiyadan keçən həkimlərdir".

M.Şahmuradova vurğulayıb ki, sertifikasiya imtahanlarından keçə bilməyən şəxslərə növbəti 6 ay ərzində təkrar imtahan üçün şans verilir: "Bu müddət ərzində onlar iş yerləri saxlanılmaq şərti ilə praktiki fəaliyyətdən uzaqlaşdırılırlar. Sertifikasiyadan keçdikdən sonra həmin şəxsin praktiki fəaliyyətinin dayandırılması ilə bağlı əmri ləğv edilir və yenidən işə buraxılır. Əgər həmin şəxs ikinci dəfə də imtahandan kəsilərsə, onda Əmək Məcəlləsinə uyğun olaraq onun iş müqaviləsinə xitam verilir. Sosial məzuniyyət götürən qadınlar isə sertifikasiyaya buraxılmır".

"İmtahan nəticələrindən öz savadlarına arxayın olmayanlar narazılıq edir. Həmin adamlar şayiə ilə yanaşı, yerli-yersiz söhbətlər yayırlar. Lakin öz biliyinə arxayın olan şəxs yaşından asılı olmayaraq imtahanda iştirak edir. Məsələn, bu yaxınlarda 67 yaşlı həkim Səhiyyə Nazirliyinə müraciət edərək sertifikasiya imtahanlarında iştirak etmək istədiyini bildirib. Keçən il isə əmək müqaviləsi ilə işləyən 68 yaşlı endekrinoloq öz xahişi ilə imtahan prosesində iştirak edərək uğurlu nəticə göstərib. Bir faktı qeyd edim ki, adətən, yaşlılar yaddaş məsələsinə görə testləri əzbərliyə bilmir, gənclərdə isə bu əksinədir. Gənclər buna görə də test tapşırıqlarında yüksək nəticə toplaya bilirlər. İmtahanın klinik tapşırıq hissəsi üzrə isə yaşlılar yaxşı cavab verirlər", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi