"Şəkərli diabet üzrə Dövlət Proqramı"nda dəyişiklik edilib

"Şəkərli diabet üzrə Dövlət Proqramı"nda dəyişiklik edilib Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Sağlamlıq
25 İyun , 2015 16:06
Şəkərli diabet üzrə Dövlət Proqramında dəyişiklik edilib

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Şəkərli diabet üzrə Dövlət Proqramı"nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu proqram şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

İndiyədək şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər məcburi tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına həyata keçirilə bilərdi.

Dəyişikliklə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına həyata keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi