Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından uğurla keçənlərin sayı açıqlanıb

Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından uğurla keçənlərin sayı açıqlanıb İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb
Sağlamlıq
14 Oktyabr , 2015 11:18
Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından uğurla keçənlərin sayı açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə "Buraxılış vərəqəsi" verib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, "buraxılış vərəqəsi" verilənlərdən 7513 nəfər imtahanlardan uğurla keçib, 246 nəfər isə uğur qazana bilməyib.  

İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi