Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə son bir ayda daxil olan müraciətlərin sayı açıqlanıb

Səhiyyə Nazirliyinin "Qaynar xətt"inə son bir ayda daxil olan müraciətlərin sayı açıqlanıb Müraciətlərdən 607-si sorğu, digərləri isə müraciət, şikayət və s. məsələlərlə əlaqədar olub
Sağlamlıq
5 Fevral , 2016 17:12
Səhiyyə Nazirliyinin Qaynar xəttinə son bir ayda daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə yanvar ayı ərzində 897 müraciət daxil olub. Nazirlikdən "Report"a verilən məlumata görə, müraciətlərdən 607-si sorğu, digərləri isə müraciət, şikayət və s. məsələlərlə əlaqədar olub.

"Qaynar xətt" xidmətinin fəaliyyətini daha müasir müstəviyə keçirərək asan xidmət prinsipi ilə hər bir vətəndaşın müraciətinin yerində operativ həllinə yönələn Elektron Səhiyyə Mərkəzinə son bir ay ərzində ümumilikdə 2 691 müraciət daxil olub. Daxil olan müraciətlərin 1 873-nü əsaslı sorğu, 538-i müalicə məsələləri, 42-sini müxtəlif səpkili müraciətlər təşkil edib.

Zəruri hallarda "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən də cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi