Yuxarı

Azərbaycanın Səhiyyə Nazirliyində yeni təyinat olub

Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin edilib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

A.Qədirlinin Səhiyyə Nazirliyində başqa bir vəzifəyə təyin ediləcəyi gözlənilir.

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin olunub.

Qeyd edək ki, L. Bayramova bundan əvvəl "Zerkalo" qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi