Yuxarı

Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Şuranın ilk iclası keçirilib

Bakı. 7 mart. REPORT.AZ/ Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qurumun Apellyasiya Şurasının ilk iclası keçirilib, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.

Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.

Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi