Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərin “donuz qripi”nə yoluxması barədə məlumat yalandır

Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərin “donuz qripi”nə yoluxması barədə məlumat yalandır Bakı. 31 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.
Sağlamlıq
31 Yanvar , 2019 15:13
Səhiyyə Nazirliyi: Azərbaycanda 16 nəfərin “donuz qripi”nə yoluxması barədə məlumat yalandır

Bakı. 31 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.

“Taun Əleyhinə Stansiya ÜST-yə hər hansı nümunə göndərməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.

Son xəbərlər

Orphus sistemi