Səhiyyə Nazirliyi: Tibb işçiləri Formula-1 yarışlarına tam hazırdır

Səhiyyə Nazirliyi: Tibb işçiləri Formula-1 yarışlarına tam hazırdır Təcili tibbi yardım maşınları yarış ərazisində 24 saat ərzində xidmət göstərəcəklər
Sağlamlıq
17 İyun , 2016 16:47
Səhiyyə Nazirliyi: Tibb işçiləri Formula-1 yarışlarına tam hazırdır

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gündən iyunun 19-dək Azərbaycanda keçirilən Formula-1 yarışları çərçivəsində ölkəmizə səfər edən idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara yarış zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə lazımi tədbirlər görülüb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Formula-1 yarışlarında iştirak üçün ölkəmizə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və gələn qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri, o cümlədən Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.

İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.

Son xəbərlər

Orphus sistemi