Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir

Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir Uşaqların vəziyyətləri kafidir və müalicələri davam edir
Sağlamlıq
12 İyun , 2017 11:00
Səhiyyə Nazirliyi: Sumqayıtda zəhərlənmiş 30 uşağın müalicəsi davam edir
Report

Bakı. 12 iyun. REPORT.AZ/ “Zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına daxil olmuş 30 uşağın müalicəsi davam edir”.

Bunu “Report”a Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova bildirib.

Onun sözlərinə görə, hazırda uşaqların vəziyyəti kafidir və müalicələri davam edir.

Nazirlik rəsmisi qeyd edib ki, yaxın zamanlarda onların evə buraxılması nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında kütləvi şəkildə zəhərlənmə müşahidə edilib. Bu günə qədər xəstəxanaya 150-dən çox uşaq gətirilib.

Son xəbərlər

Orphus sistemi