Yuxarı
    Bağlamaq

    Səhiyyə Nazirliyi: Şirvanda partlayışla əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub

    “Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım təqdim edilir”

    Bakı. 26 iyul. REPORT.AZ/ Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    “Əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir”, - nazirlikdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi