Yuxarı

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sınaq imtahanı keçirəcək

İmtahanlar yanvarın 26-dan 29-na kimi olacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası yeni qaydalarla sınaq imtahanı keçirəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, imtahanlar yanvarın 26-dan 29-na kimi olacaq.

12 ixtisas üzrə keçiriləcək imtahan saat 14:30-da başlayacaq. İmtahana gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Sınaq imtahanında iştirak etmək üçün 433 08 93 nömrəsinə zəng edərək qeydiyyatdan keçmək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi