Səhiyyə Nazirliyi Salyanda yeni doğulan iki körpənin ölümünə münasibət bildirib

Səhiyyə Nazirliyi Salyanda yeni doğulan iki körpənin ölümünə münasibət bildirib “Bütün rayonda işıqlar sönüb”
Sağlamlıq
21 İyun , 2016 12:47
Səhiyyə Nazirliyi Salyanda yeni doğulan iki körpənin ölümünə münasibət bildirib

Bakı. 21 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: "31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var".

Xatırladaq ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi