Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq edib

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq edib "Tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar"
Sağlamlıq
14 Avqust , 2015 12:38
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq edib

Bakı. 14 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə ciddi xəbərdarlıq edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası"na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır. 

"Şəhadətnamə dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.

Bu tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi