Yuxarı

Səhiyyə Nazirliyi ötən il dövlət büdcəsindən aldığı vəsaitin 72 min manatını geri qaytarıb

Hesabat ilində 4,5 min manat məbləğində debitor borc yaranıb

Bakı. 28 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi ötən il dövlət büdcəsindən aldığı vəsaitin 72 min manatını və ya 4,6 faizini geri qaytarıb.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci ildə dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

Hesabata əsasən, 2015-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Səhiyyə Nazirliyi üzrə 1 993,0 min manat məbləğində vəsait nəzərdə tutulub.

Hesabat ilində 1 557,9 min manat maliyyələşmə açılıb, 1 485,9 min manat və ya təyinatın 74,6 faizi həcmində kassa xərci və 1 981,3 min manat faktiki xərc olub.

Nazirliyin Aparatının saxlanması üçün 2015-ci ildə sərf edilmiş vəsait 2014-cü illə müqayisədə 80,2 min manat və ya 4,9 faiz çoxdur.

Hesabat ilində 4,5 min manat məbləğində debitor borc yaranıb. Kommunal və kommunikasiya xidmətləri üzrə kreditor borclar dəyişməz qalaraq ilin sonuna 112,3 min manat olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi