Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsilə bağlı vəziyyəti açıqlayıb

Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsilə bağlı vəziyyəti açıqlayıb Regionlarda qan nümunələri toplanır
Sağlamlıq
8 İyun , 2015 11:52
Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsilə bağlı vəziyyəti açıqlayıb

Bakı. 8 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsilə bağlı vəziyyəti açıqlayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, regionlarda qan nümunələri toplanır.

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb. İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər üçün görüşlər təşkil olunub.

Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunan səfərlərdə nikaha daxil olmaq istəyən cütlüklərdən müayinələr üçün toplanan qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı eləcə də yaradılan şərait jurnalistlərin diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi