Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan
Onun sözlərinə görə, hazırda bununla nazirlikdə heç bir məlumat yoxdur. "İki uşağın ölməsi ilə bağlı məlumat da təsdiqini tapmayıb. Məsələ araşdırılacaq və nəticə məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək", - A.Qədirli əlavə edib.
Həmin dərmanların satışı ilə bağlı nazirliyin apteklərə xəbərdarlıq etməsinə gəlincə, A.Qədirli bildirib ki, bu məsələ ilə bağlı heç bir aptekə göstəriş verilməyib.
Qeyd edək ki, sosial şəbəkələrdə "Perhidrol" (perekis 30%) və "Kalsium xlorid"ə etiketlərin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumatda hətta Səhiyyə Nazirliyinin apteklərə dərmanların satışdan çıxarılması ilə xəbərdarlıq etdiyi də deyilir. Eyni zamanda, həmin dərmanlardan istifadə nəticəsində iki uşaq ölümü qeydə alındığı da iddia olunub.