Səhiyyə Nazirliyi Çindən gətirilən dərmanların keyfiyyəti ilə bağlı iradlara münasibət bildirib

Səhiyyə Nazirliyi Çindən gətirilən dərmanların keyfiyyəti ilə bağlı iradlara münasibət bildirib Elsevər Ağayev: “Nazirliyin Analitik Ekspertiza Mərkəzində dərman preparatlarının hər seriyası yoxlanılır”
Sağlamlıq
10 May , 2017 13:21
Səhiyyə Nazirliyi Çindən gətirilən dərmanların keyfiyyəti ilə bağlı iradlara münasibət bildirib
Report

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Çindən gətirilən dərmanların keyfiyyəti ilə bağlı iradlara münasibət bildirib.

“Report” xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana gətirilən dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqətlə yanaşılır.

O qeyd edib ki, nazirliyin Analitik Ekspertiza Mərkəzində dərman preparatlarının hər seriyası yoxlanılır: “Yalnız bundan sonra onların idxalına icazə verilir. Dünyanın qəbul etdiyi qaydalar var ki, istehsalçı şirkət rəsmi şəkildə öz məhsulunu istər Çində, istərsə də başqa ölkələrdə istehal edə bilər. Hətta Avropanın aparıcı şirkətləri öz istehsallarını Çində və ya Cənubi Koreyada qura bilirlər. Bu da ucuz işçi qüvvəsi ilə bağlıdır. Həmin dərmanların istehsalı üçün rəsmi lisenziyası varsa, onun Azərbaycana idxalına icazə verilir. Hesab edirəm ki, xaricdən gətirilən dərmanlar sırf Çin istehsalı yox, sadəcə Avropa ölkələrinin orada istehsal etdiyi dərmanlardır. Dünyanın əksər istehsalçıları Çinin xammallından istifadə edirlər. Dünyada dərman xammalının əsas mənbəyi Çindir”. 

Son xəbərlər

Orphus sistemi