Səhiyyə Nazirliyi bəzi dərman şirkətlərinə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi bəzi dərman şirkətlərinə xəbərdarlıq edib Son on gündə 110 addan çox dərmanın idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqlar aşkarlanıb
Sağlamlıq
16 İyun , 2016 10:25
Səhiyyə Nazirliyi bəzi dərman şirkətlərinə xəbərdarlıq edib

Bakı. 16 iyun. REPORT.AZ/ Aparılan araşdırmalar nəticəsində son on gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib.

“Report”un məlumatına görə, bu barədə Analitik Ekspertiza Mərkəzində keçirilən iclas zamanı bildirilib.

İclasda qeyd olunub ki, sözügedən nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil, digər dillərdə olması ilə əlaqədar olub.

Mərkəzin direktoru Murad Süleymanov artıq Mərkəz tərəfindən qanunvericiliyə görə, içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsinin nümunəsinin hazırlandığını və 13 iyun 2016-cı il tarixindən etibarən istifadəyə verildiyini, həmçinin müzakirə olunan məsələlərlə bağlı şirkətlərə xəbərdarlıq məktubunun göndəriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi