Səhiyyə Nazirliyi barəsində cəza tədbiri görülən həkimlərin sayını açıqlayıb

Səhiyyə Nazirliyi barəsində cəza tədbiri görülən həkimlərin sayını açıqlayıb Bu il Səhiyyə Nazirliyinin "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətlərinə 28 mindən artıq müraciət daxil olub
Sağlamlıq
28 Sentyabr , 2015 12:26
Səhiyyə Nazirliyi barəsində cəza tədbiri görülən həkimlərin sayını açıqlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin "Qaynar xətt" və "Elektron Səhiyyə" xidmətlərinə 28 mindən artıq müraciət daxil olub. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Nazirliyin məlumatına görə, müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib.

Vətəndaşların müraciətləri əsasında aparılan yoxlamalar nəticəsində bu il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barəsində qəti məsuliyyət tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi