Yuxarı

Səhiyyə Nazirliyi Bakıdakı məşhur hoteldə baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb

Təcili Yardım hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb

Bakı. 24 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi Bakıda yerləşən "Baku Boulevard hotel"də baş verən ölüm hadisəsi ilə əlaqədar rəsmi açıqlama yayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, hoteldəki hadisə ilə bağlı müraciət Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə 22:06-da daxil olub: "22:25-də Təcili yardım briqadası hadisə yerində olub. Orta normativlərə görə, Təcili Yardım Xidmətinin yetişmə vaxtı 20 dəqiqə nəzərdə tutulur. Yəni briqada hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi